Yüklənir...
Location: Ağcabədi
Təsvir Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi; Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi; Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi; Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi; Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi. İş şəraiti: İş rejimi: növbəli Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar; Karyera yüksəlişi imkanı. Tələblər Satış təcrübəsi arzuolunandır; Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır; Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik; Satış etmə bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.