Copywriter - Kredit Evi ASC

Location: Bakı

Copywriter axtarırıq! Yaradıcı düşüncəni strateji yanaşma ilə birləşdirən, sözlərin gücü ilə brend dəyəri yaradan və satış yönümlü məzmun hazırlamağı bacaran peşəkarları komandamıza dəvət edirik. Bu vəzifədə siz: Brendimizin Tone of Voice-na uyğun kommunikasiya mətnləri hazırlayacaq; Rəqəmsal platformalar və reklam kampaniyaları üçün effektiv kontent yaradacaq; Marketinq komandası ilə birlikdə güclü kommunikasiya strategiyasının formalaşdırılmasına töhfə verəcəksiniz. ​​​​​​​Sizdən gözləntilərimiz: Copywriting sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı; Rəqəmsal marketinq və sosial media kontenti üzrə təcrübə; Yaradıcı yanaşma, məsuliyyət və komanda ilə effektiv əməkdaşlıq. CV-i Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Copywriter” qeyd etməklə göndərin.