Hüquqşünas - Kristal

Location: Bakı

Tələblər: Hüquqşünas ixtisası üzrə ali təhsil; Yüksək səviyyədə qanunvericilik biliyi; Sahə üzrə 1-2 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilməli, sərbəst şəkildə yazmaq, fikir izah etmə və nitq söyləmə bacarıqlarına malik olmalı; Rus və İngilis dilini bilən namizədlərə üstünlük verilir; Güclü ünsiyyət və danışıq qabiliyyəti; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Departamentin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair araşdırma aparmaq və rəy hazırlamaq; Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək; İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, etiraz, vəsatət və sairə hüquqi sənədləri tərtib etmək; Hüquqi sənədlərin işlənib hazırlanmasında, məktub və sorğulara cavabın hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəy hazırlamaq; Müqavilənin hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlərin icrası;  Müqavilənin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək; Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada və müddətdə icra etmək; Əlaqədar qurumlarla işləmək. İş şəraiti: 5 günlük iş qrafiki; İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24  Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Hüquqşünas” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.  Müraciət maili    hr@kristal.az