Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Elektrik, su, qaz, kanalizasiya və digər mühəndislik-kommunikasiya xətlərinin layihələndirilməsi; Sahə ölçülərinin aparılması, mövcud xəttlərin araşdırılması və texniki məlumatların toplanması; Layihə-smeta sənədlərinin (Eskiz, İşçi layihə, İcra sənədləri və s.) hazırlanması; Normativ sənədlərə və dövlət standartlarına uyğun layihələrin tərtibi; Podratçı və tikinti komandalarına texniki dəstək göstərilməsi; Tikinti zamanı baş verə biləcək layihə dəyişikliklərinin hazırlanması. Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması; AutoCAD, Civil 3D və digər layihələndirmə proqramlarında sərbəst işləmə bacarığı; Normativ sənədlər və layihə standartları haqqında biliklər; Sahə ölçmələri və texniki çertyojlar ilə işləmək bacarığı; Məsuliyyətlilik, analitik düşüncə və komandada işləmək qabiliyyəti. İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması; Daimi bilik və bacarıqlarını inkişaf etdirməli. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnfrastruktur xətləri üzrə layihəçi mühəndis” yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.