Satış təmsilçisi - Kristal

Location: Bakı

Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Güclü ünsiyyət və danışıq qabiliyyəti; Azərbaycan və Rus dilini mükəmməl şəkildə bilməli, İngilis dili arzuolunandır; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Satış prosesini tam idarə etmək (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi); Müştərilərlə düzgün ünsiyyət qurmaq, layihələr haqqında dolğun, ətraflı məlumatlar vermək; Satış sənədlərini hazırlamaq və prosedurların icrasına nəzarət etmək; Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun çalışmaq; Satışı stimullaşdırmaq üçün təkliflər vermək; Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək; Satışdan sonrakı proseslərə nəzarət etməklə müştəri xidmətlərinə nəzarət etmək. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış təmsilçisi” yazmaqla  Müraciət et   düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.  Müraciət maili   hr@kristal.az