Qrafik Dizayner - Kseroks.az

Location: Bakı, Azərbaycan

Vəzifə öhdəlikləri: Vizit kart, kataloq, buklet, afişa, qutu və digər poliqrafiya məhsullarının yüksək keyfiyyətli dizayn işlərinin hazırlanması. Müştəri tələblərinə uyğun olaraq fərdi və kreativ dizayn konseptlərinin işlənməsi. Brendin korporativ üslubuna və vizual identikliyinə uyğun dizayn materiallarının hazırlanması. Çap üçün faylların texniki cəhətdən düzgün hazırlanması, son yoxlanış və təsdiqinin həyata keçirilməsi. Kreativ və innovativ dizayn həllərinin hazırlanması, yeni ideyaların və təkliflərin  təqdim edilməsi. Müştəri ilə dizayn prosesi boyu operativ və effektiv ünsiyyətin qurulması, eskiz və konseptlərin təqdim olunması. Reklam, sosial media və rəqəmsal platformalar üçün peşəkar vizual materialların hazırlanması. Mövcud dizaynların təkmilləşdirilməsi, müasir trendlərə uyğun yenilənməsi və funksionallığının artırılması. Çap prosesində bütün texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi. Namizəddən tələblər: Poliqrafiya və dizayn sahəsində ən azı 1il iş təcrübəsi. Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw proqramlarını peşəkar səviyyədə bilmək. Çap üçün fayl hazırlama qaydaları və rəng profilləri (CMYK, Pantone) barədə biliklər. Kreativ yanaşma və estetik zövq. Operativlik və detallara diqqət. Komandada işləmə bacarığı. Rus və İngilis dillərini bilməsi üstünlükdür. Yaş həddi: 21–40. İş haqqında: Əmək haqqı: 400 – 500 AZN. Bonus sistemi: Layihə üzrə əlavə ödənişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul. 6 günlük iş qrafiki.