Yüklənir...
Location: Bakı
“Libraff” MMC komandamıza yaradıcı və məsuliyyətli SMM Köməkçisi axtarır. Vəzifə öhdəlikləri: Mağazalarda və tədbirlərdə foto və video çəkilişlərinin həyata keçirilməsi; Reels, TikTok, Stories və digər sosial media məzmunlarının hazırlanması üçün materialların çəkilməsi; SMM komandasına gündəlik kontent hazırlanması prosesində dəstək göstərilməsi; Kontent ideyalarının hazırlanmasında iştirak etmək; Sosial media platformalarının trendlərini izləmək və yaradıcı təkliflər vermək. Tələblər: Video və foto çəkilişi sahəsində maraq və ya ilkin təcrübə; Mobil telefon və ya kamera ilə keyfiyyətli çəkiliş bacarığı; CapCut, Canva və ya oxşar proqramlarla işləmək bacarığı üstünlükdür; Sosial media platformaları (Instagram, TikTok və s.) haqqında bilik; Yaradıcı düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. İş şəraiti: İş qrafiki: 5 günlük Əmək haqqı: 400 azn (nett) Uyğun namizədlər “SMM Köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Vəzifə adı mütləq qeyd olunmalı.