Yüklənir...
Location: Bakı şəhəri
Salary: 800-900
İş yeri: Kəlbəcər və Ağdam Vəzifə öhdəlikləri: Anbara daxil olan və çıxan materialların qəbul və təhvil prosesini həyata keçirmək. Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq. Materialların düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək. Anbar uçotunun ERP sistemi üzərindən aparılması. ERP proqramında mədaxil və məxaric əməliyyatlarını vaxtında və düzgün şəkildə qeyd etmək. Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq. Qalıqlara nəzarət etmək və rəhbərliyə məlumat vermək. İnventarizasiya prosesində iştirak etmək. Maddi-məsul şəxs kimi anbarın təhlükəsizliyini və nizam-intizamını təmin etmək Tələblər: Anbardar vəzifəsində minimum 2 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür) ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər) MS Office proqramlarında işləmək bacarığı. Sənədləşmə və uçot qaydalarını bilmək. Məsuliyyətli, diqqətli və dəqiq olmaq. Ərazi şəraitində işləməyə hazır olmaq. Əmək haqqı. 800-900 Azn (Net) Yaş həddi 25-40 Təminatlar: Könüllü tibbi sığorta. Şirkət nömrəsi. Şərtlər: İş qrafiki 6 gün. Qidalanma şirkət tərəfindən qarşılanır. Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Anbardar” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət maili hr@makro2000.com.tr