Location: Bakı
Təsvir Müəssisənin ERP tətbiqində bütün modulları üzrə texniki funksionallığın yazılmasında iştirak etmək və təsdiqlənmiş funksionallığa uyğun tətbiqə nəzarət etmək Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət etmək Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək Daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək və səhvləri aşkar etmək Mühasibat siyasət və təlimatlarının tətbiqinə nəzarət etmək və təkmilləşdirmə təklifləri vermək Audit sorğularına cavab vermək, zəruri sənədləri hazırlamaq və təqdim etmək 1C Mühasibatlıq proqramında uçot əməliyyatlarını aparmaq və sistemdəki məlumatların düzgünlüyünü yoxlamaq Mühasibat üzrə komanda üzvlərinə metodoloji dəstək göstərmək və təlim keçmək Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak etmək Tələblər Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil FMCG sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən kiçik və orta müəssisələrdə Baş mühasib təcrübəsi üstünlükdür Azərbaycan dili - səlis, İngilis və Rus dillərini bilməsi arzuolunandır. 1C 8.3 və 1C ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək Xüsusi tələblər: ERP sistemlərində (xüsusilə 1C ERP) texniki funksionallığın idarə edilməsi təcrübəsi Analitik düşünmə, məsuliyyətlilik və yüksək idarəetmə bacarıqları Daxili nəzarət prosedurlarının tətbiqi və audit proseslərində fəal iştirak bacarığı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.