Yüklənir...
Location: Bakı
Təsvir Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq. Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək. Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi. Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək. İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək. Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək. Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək. Sənədləşmə və Hesabatlılıq: İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq. Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək. Layihədən gündəlik hesabatların alınması, həftəlik iş planına əsasən yoxlanılması, analiz edilməsi və sonda hesabat hazırlanıb rəhbərliyə təqdim edilməsi. Tələblər Təhsil: Ali; İş təcrübəsi: minimum 3 il; Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook), 1C, Autocad; Dil bilikləri: Azərbaycan dili səlis (Rus və ingilis dilləri arzuolunandır); Sahə bilikləri: Tikinti normaları, qaydaları və layihə idarə edilməsi metodologiyalarına dair biliklər; Tikinti prosesləri; Tikinti prosesləri və mərhələləri (qazıntı, təməl, karkas, örtük, daxili tamamlanma işləri və s.) haqqında məlumatlılıq; Material bilikləri: Tikinti materialları (beton, armatur, kərpic, izolyasiya materialları, metal konstruksiyalar və s.) haqqında texniki biliklər; Maşın və avadanlıqlar: İnşaat maşın və avadanlıqlarının (kranlar, ekskavatorlar, betonqarışıdırıcılar və s.) iş prinsipləri və funksiyaları barədə məlumatlılıq; Cizgi və Plan oxuma: Tikinti layihələrinin oxunması və təhlil bacarığı (memarlıq, konstruktiv, elektrik və mexanik planlar); Mühəndislik hesabatları: Topoqrafik və geoloji hesabatları anlamaq və analiz etmək bacarığı; Normativ sənədlər: Tikinti standartları, dövlət şəhərsalma sənədləri və normativ hüquqi aktlarla işləmək təcrübəsi. Şəxsi Keyfiyyətlər: Analitik düşüncə və problem həll etmə bacarığı; Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti; Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma. İş şəraiti: İş saatı: 09:00-dan 18:00-dək; İstirahət: Şənbə və bazar günü; İş yeri: Luxen Plaza. Biz nə təklif edirik: Əmək haqqı: Razılaşma yolu ilə; Şəhərin mərkəzində ofis; Dinamik və gənc komanda ilə iş imkanı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.