Yüklənir...
Location: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Qonaqlara hotel standartlarına uyğun yüksək səviyyədə xidmət göstərmək; Alkoqollu və alkoqolsuz içkiləri resept və standartlara uyğun hazırlamaq və təqdim etmək; Barın gündəlik fəaliyyətini təşkil etmək, təmizliyini və səliqəsini təmin etmək; Bar ehtiyatlarını izləmək, çatışmazlıqları vaxtında rəhbərliyə bildirmək; POS sistemində sifarişləri düzgün şəkildə qəbul etmək və hesablaşmaları həyata keçirmək; Qonaqların istək və şikayətlərinə operativ və peşəkar şəkildə yanaşmaq; Qida təhlükəsizliyi, gigiyena və əməyin mühafizəsi qaydalarına riayət etmək; Komanda üzvləri ilə sıx əməkdaşlıq edərək yüksək xidmət keyfiyyətini təmin etmək. Namizədə tələblər: Barmen vəzifəsində minimum 1 il iş təcrübəsi (hotelçilik sahəsində təcrübə üstünlükdür); Alkoqollu və alkoqolsuz içkilərin hazırlanması üzrə biliklər; Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür (rus dili biliyi arzuolunandır); Ünsiyyət bacarığı yüksək, gülərüz və qonaqpərvər olmaq; Məsuliyyətli, çevik və komanda ilə işləmək bacarığı; Növbəli iş rejimində işləməyə hazır olmaq. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Barmen" qeyd etmələri xahiş olunur.