Kiçik Mühəndis-Konstruktor - METAK

Location: Bakı

İşin təsviri Yeni məhsul və konstruksiyaların layihələndirilməsi prosesində iştirak etmək; Texniki çertyojların və konstruksiya sənədlərinin hazırlanmasına dəstək vermək; SolidWorks proqramında 2D və 3D modellərin hazırlanması və yenilənməsi; İstehsalat şöbəsi ilə koordinasiyalı işləyərək texniki həllərin tətbiqinə dəstək göstərmək; Texniki sənədlərin, spesifikasiyaların və digər layihə sənədlərinin hazırlanması; Mövcud məhsulların təkmilləşdirilməsi və texniki dəyişikliklərin həyata keçirilməsində iştirak etmək; Şöbə rəhbərinin verdiyi digər texniki tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər Maşınqayırma, Mexanika, Sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; SolidWorks proqramında işləmək bacarığı; Texniki çertyojların oxunması və hazırlanması üzrə biliklər; Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı; Azərbaycan dilini səlis bilmək, ingilis və ya rus dilini bilmək üstünlükdür; Analitik düşüncə, məsuliyyətlilik və diqqətlilik; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı. İş şərtləri 5 günlük iş həftəsi; Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.