Korporativ satış üzrə kiçik mütəxəssis - METAK

Location: Bakı

İşin təsviri Mövcud korporativ müştəri bazası ilə işləmək və müştəri münasibətlərini effektiv şəkildə idarə etmək;  ERP sistemi üzərindən kommersiya təklifləri və sifarişlərin hazırlanması, yaradılması və izlənilməsi;  Şöbənin gündəlik fəaliyyətinə dəstək göstərmək və verilən tapşırıqların vaxtında icrasında iştirak etmək;  Yeni korporativ müştərilərlə əlaqələrin qurulması, telefon danışıqlarının aparılması və müştəri ehtiyaclarının müəyyən edilməsi;  Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının araşdırılması;  Müştərilərin tələblərinə uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim edilməsi;  Satış prosesinin effektiv həyata keçirilməsi məqsədilə digər şöbələrlə koordinasiyalı işləmək;  Satılan məhsulların tədarük prosesinin koordinasiya edilməsi və sifarişlərin icra mərhələsinin izlənilməsi;  Bazarın və rəqiblərin marketinq araşdırmasının aparılması, satış imkanlarının və yeni biznes potensialının müəyyənləşdirilməsi;  Müştəri ehtiyacları, bazar tendensiyaları və satış nəticələri üzrə məlumatların təhlil edilməsi, rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi. Tələblər Ali təhsil; Korporativ satış, müştəri xidməti və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi; Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; ERP sistemləri ilə işləmək bacarığı üstünlükdür; Müştəriyönümlü yanaşma və güclü ünsiyyət bacarıqları; Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlü iş prinsipi; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı. İş şərtləri 5 günlük iş həftəsi; Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.