Location: Bakı
İşin təsviri Avadanlıqlarda baş verən nasazlıqların və təmir proseslərinin analizini aparmaq, həll yollarını müəyyənləşdirmək; Avadanlıqların təmir proseslərini ERP sistemi üzərindən koordinasiya etmək; İstehsal sahələrinin ehtiyat hissələri anbarı üzrə aylıq planlaşdırmanı həyata keçirmək; Texniki sənədlər, eskizlər və çertyojlarla işləmək, zəruri texniki sənədləri hazırlamaq; Avadanlıqlar və istehsal xətlərində diaqnostika alətləri ilə işləmək; Təmir fəaliyyətləri üzrə Root Cause Analysis, MTBF, MTTR, OEE və digər texniki analizləri hazırlamaq; Müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləyərək təmir proseslərinin fasiləsizliyini təmin etmək. Tələblər Ali texniki təhsil; Müvafiq sahədə 3–5 il iş təcrübəsi; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; AutoCAD proqramı ilə işləmək bacarığı; ERP sistemləri ilə iş təcrübəsi; Azərbaycan dilini sərbəst, rus və ingilis dillərində texniki sənədlərlə işləmək bacarığı; Texniki sənədləri oxumaq və hazırlamaq bacarığı. İş şərtləri Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.