İstehsalat Meneceri (Mingəçevir – Mebel Sexi) - Mətbəx Line

Location: Bakı

Vəzifə öhdəlikləri: İstehsal prosesinə nəzarət etmək və işçilər arasında iş bölgüsünü təşkil etmək. Sərf olunan materialların uçotunu aparmaq. Anbardakı material qalıqlarına nəzarət etmək. Tələb olunan material və mallar üzrə sifariş sənədlərini hazırlamaq. Layihələr üzrə ilkin və yekun smetaları tərtib etmək. İstehsal sahəsinin, iş masalarının və dəzgahların səmərəli, səliqəli və təmiz saxlanılmasını təşkil etmək və buna nəzarət etmək. Sexin gündəlik tələbat ehtiyatlarına və aylıq kommunal xərclərinə nəzarət etmək. Tələb olunan keyfiyyətlər: Ofis menecmenti, idarəetmə və ya əlaqəli sahədə iş təcrübəsi; Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) və digər ofis alətlərini yaxşı səviyyədə bilmək; Yüksək təşkilatçılıq bacarığı və detallara diqqət; Məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığı. İş şərtləri: Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək; İş qrafiki: Həftənin 6 günü, saat 09:00–18:00 (bazar günü istirahət günüdür). Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Jooble.az - İstehsalat Meneceri (Mingəçevir)” qeyd olunmalıdır.