Təchizat üzrə mütəxəssis - MicroTech LLC

Location: Bakı

İş şəraiti İş yeri: Çİinar Plaza - Bakı, Heydər Əliyev pr. 152, AZ1029 İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00 Əmək haqqı: Bilik və bacarığa uyğun olaraq Əsas vəzifə öhdəlikləri: Xarici və daxili təchizat üzrə bilik və bacarıqların tətbiqi Təchizat ehtiyaclarının müəyyən olunması və satınalma prosesinin idarə edilməsi Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması; qiymət təkliflərinin toplanması və müqayisəsi Müqavilələrin hazırlanması və idarə olunması, icrasına nəzarət Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi Təchizat zənciri risklərinin təhlili və alternativ təchizatçıların müəyyən edilməsi Anbar, texniki və layihə komandaları ilə koordinasiyanın aparılması Logistika və gömrük: Daşımaların təşkili, icra müddətlərinə nəzarət, gömrük brokerləri ilə qarşılıqlı əməkdaşlıq Tələblər: Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya texniki ixtisaslara üstünlük verilir) Təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi (İT və ya texnologiya layihələrində təcrübə üstünlükdür) Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür) MS Office proqramlarında işləmək bacarığı Güclü analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə olunması bacarığı Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə bacarığı Təklif edilir: Peşəkar inkişaf və yeni texnologiyalar üzrə təcrübə qazanmaq imkanı Stabil iş mühiti Mehriban və peşəkar iş mühiti Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.