Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Kibertəhlükəsizlik sahəsində normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək; Qanunvericilik və digər normativ hüquqi akt layihələrini təhlil etmək, hüquqi ekspertiza aparmaq və müvafiq təkliflər hazırlamaq; Normativ hüquqi akt layihələrinin mövcud qanunvericiliyə uyğunluğunu qiymətləndirmək; Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni araşdırmaq və təkliflər hazırlamaq; Aidiyyəti dövlət qurumları və digər təşkilatlarla normativ hüquqi akt layihələri üzrə koordinasiya və əməkdaşlığı həyata keçirmək; Hüquqi və normativ sənədlərin hazırlanması, razılaşdırılması və təkmilləşdirilməsi proseslərində iştirak etmək; Tələblər: Müvafiq sahə üzrə ali təhsil; "Normativ hüquqi aktlar" haqqında Konstitusiya Qanunu, müvafiq Əsasnamələr üzrə yüksək səviyyədə bilik və təcrübə; Sənədlərlə işləmək və hüquqi mətnləri yüksək səviyyədə hazırlamaq bacarığı; Elektron sənəd dövriyyəsi proqramları ilə təcrübə; Microsoft Office proqramlarında işləmək bacarığı; Azərbaycan və ingilis dilləri biliyi mütləqdir. İş təcrübəsinin dövlət orqanlarında və qurumlarında, xüsusilə tənzimləyici qurumlarda olması üstünlükdür. İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.