Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin Baş ofisi və filialları üzrə mühasibat uçotunun təşkili, aparılması və düzgünlüyünə nəzarətin təmin edilməsi; Kredit portfeli üzrə uçot məlumatlarının maliyyə hesabatları ilə uzlaşdırılması və yoxlanılması; İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması; Təsərrüfat əməliyyatlarının, gəlir və xərclərin mühasibat uçotunda düzgün, dəqiq və vaxtında əks etdirilməsinin təmin edilməsi; Baş ofis və filiallarda mühasibat prosedurlarına, maliyyə və kassa intizamına riayət olunmasına nəzarət; Ödəniş və hesablaşma əməliyyatlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarət; Pul vəsaitlərinin, əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin inventarizasiyasının aparılması; Əmək haqqı hesablamalarının və ödənişlərinin həyata keçirilməsi; Vergi orqanlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də Statistika orqanlarına hesabatların düzgün və vaxtında təqdim olunmasının təmin edilməsi; Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak; Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət; Maliyyə və vergi hesabatları üçün amortizasiya hesablamalarının düzgünlüyünün təmin edilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət qurumları tərəfindən daxil olan sorğu və hesabatların hazırlanması və təqdim edilməsi. Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Peşəkar mühasib sertifikatının (PMS – MHBS) olması mütləqdir; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (bank və ya BOKT sahəsində təcrübə üstünlükdür); 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək; Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər; Elektron dövlət portalları ilə işləmək bacarığı; Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları; Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili biliyi üstünlükdür. İş barədə məlumat: Əmək haqqı: 2000-2500 AZN İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç. Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda 5 günlük iş qrafiki: 09.00-18.00 CV-lərinizi “Baş mühasib” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.