Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Qazma meydançasında gündəlik əməliyyatlara və işçi heyətinin fəaliyyətinə rəhbərlik etmək; Qazma əməliyyatlarının təsdiq edilmiş proqramlara, prosedurlara və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək; Quyunun vəziyyətini və əməliyyat parametrlərini izləmək, yaranan texniki problemlərlə bağlı operativ tədbirlər görmək; İşlərin növbələr üzrə düzgün təhvil-təslimini və gündəlik əməliyyat məlumatlarının dəqiq aparılmasını təmin etmək; Qazma briqadası və xidmət şirkətlərinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, işlərin icrasına nəzarət etmək; Avadanlıqların, boruların, materialların və ehtiyat hissələrinin əməliyyatlar üçün hazır vəziyyətdə olmasını təmin etmək; Quyuya endirilən boruların, avadanlıqların və digər komponentlərin dəqiq uçotunun aparılmasına nəzarət etmək; Preventor və digər quyuya nəzarət avadanlıqlarının yığılması, sökülməsi və təzyiq sınaqlarının təhlükəsiz aparılmasını təmin etmək; İşə icazə sistemi, risklərin qiymətləndirilməsi və işqabağı təhlükəsizlik toplantılarının tələblərinə riayət olunmasına nəzarət etmək; Gündəlik əməliyyat və texniki hesabatların hazırlanmasında iştirak etmək; İşçilərin SƏTƏM, nizam-intizam və ekoloji tələblərə riayət etməsini təmin etmək; Təhlükəli işləri dayandırmaq və aşkar edilmiş risklər barədə rəhbərliyi məlumatlandırmaq; Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Müvafiq texniki sahə üzrə bakalavr, magistr və ya ekvivalent təhsil; Qazma sahəsində və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi ; Qazma və quyuya nəzarət əməliyyatları üzrə praktiki biliklər; SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və işə icazə sistemi üzrə biliklər; Briqadanı idarə etmək, iş bölgüsü aparmaq və operativ qərar vermək bacarığı; Texniki və gündəlik əməliyyat hesabatlarını hazırlamaq bacarığı; MS Office proqramlarından istifadə bacarığı; İngilis dili biliyi arzuolunandır; Well Control sertifikatının olması üstünlükdür; Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı; Liderlik, ünsiyyət, problem həll etmə və məsuliyyətlilik bacarıqları. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M üraci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .