Yüklənir...
Location: Bakı
İş barədə məlumat : Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi; Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması; Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi; Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək; Vergi və mühasibat uçotunu aparmaq; Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək; Debitor və kreditor hesablaşmaları aparmaq; Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək; Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s; Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi; Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək; Gündəlik və aylıq hesabatları tərtib etmək; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi. Tələblər: Müvafiq sahə üzrə ali təhsil; Minimum 2 il tikinti sahəsində mühasib təcrübəsi olmalı; Vergi və Əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli; Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli; İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını bilməli; 1C 8.3 mühasibat proqramlarında, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EFP, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı; Azərbaycan və Rus dilini bilməli,ingilis dili arzuolunandır; Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir. İş şərtləri: İş günləri: 5 günlük iş qrafiki Nahar fasiləsi: 13:00 -14:00 Əmək haqqı müsahibə əsasında təyin olunacaq CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Aparıcı mühasib” başlığı yazmaqla göndərilməsi xahiş olunur; Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır;