Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlayır. Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında yaxından iştirak edir. Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir. Müştəri xidmətlərindən daxil olan sorğular və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir. Müştərilərlə əlaqələrin yaradılması (soyuq zəng, onlayn, görüş). İlkin şərtlərin və təklifin təqdim edilməsi. Müqavilə proseslərini tam nəzarətdə saxlayır (şərtlərin müzakirəsi, təsdiqlənməsi, imzalanması). Aidiyyəti struktur bölmələri ilə məlumat bölgüsünü təmin edir. Müştərilər və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir. Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir. Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir. Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barədə şöbə rəhbərinə həftəlik və aylıq hesabat verir. Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak edir. İş şəraiti Ofis daxili; İş rejimi: həftənin 5 günü (09:00–18:00); Əmək haqqının 15 gündən bir ödənilməsi; Təşəbbüskar təkliflərin dəyərləndirilməsi; Tibbi sığorta təminatının verilməsi; Nahar yeməyinin təmin olunması; "Birlikdə istirahət" tədbirlərinin keçirilməsi. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.