Yüklənir...
Location: Bakı
Vəzifələr və məsuliyyətlər: Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi; Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması; Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi; Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə; SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək; Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək; SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün); SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək. Tələb edilən bacarıqlar və təhsil : Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil; Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi; Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır); Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür; Təqdimat etmə bacarığı; Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı; Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti; Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları. İş şəraiti Əmək haqqı: 800–1000 AZN İş qrafiki: 5 günlük iş qrafiki. İş yeri: H.Əliyev pr.152, Çinar Plaza. Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Kontent menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.