Rəqəmsal marketinq mütəxəssisi - MY GROUP HOLDİNG MMC

Location: Bakı

Vəzifə öhdəlikləri: Marketinq kommunikasiyaları üzrə bazar araşdırması aparması və təhlil edilməsi; Rəqəmsal marketinq kommunikasiyaları strategiyasının formalaşdırılması; Ətraflı rəqəmsal marketinq planlarının hazırlanması və müxtəlif brend və məhsul kampaniyalarının həyata keçirilməsi; Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi, hesabatların hazırlanması və hərtərəfli analitik sistemlərdən istifadə edilməsi; Rəqəmsal Marketinq şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi; Kampaniyaların təsdiq edilmiş büdcə daxilində olmasına nəzarət edilməsi; Yeni kommunikasiya kanallarının, rəqəmsal alətlərin araşdırılması və inteqrasiyası; Əməkdaşlıq üçün reklam şirkətlərinin və qiymətlərinin araşdırılması; Marketinq istiqamətində aparılan işlər üzrə hesabatlıq və təqdimatın hazırlanması.                                                                                             Tələb olunan bacarıqlar: Ali təhsil (marketinq və ya əlaqəli sahədə olması üstünlükdür); Rəqəmsal marketinq sahəsində 3-5 il iş təcrübəsi; Səlis Azərbaycan və Rus dili biliyi; İngilis dili biliyi üstünlükdür; Mobil tətbiq marketinqində user acquisition, engagement və retention strategiyaları sahəsində təcrübə; Qlobalda reklam və ya elektronika sahəsində təcrübəsinin olması üstünlükdür; Reklam kampaniyalarına rəhbərlik və idarəetmə bacarıqları; Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, Tiktok ads, SEO alətləri, Yandex Metrica/Direct, Search Concole və s.; ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı; Reklamlarda A/B testlərini həyata keçirmək və performans göstəricilərini davamlı olaraq təkmilləşdirmək; Komanda ilə işləmə bacarığı; Yaradıcı və yenilikçi düşünmə bacarığı; Analiz etmə və problemləri həll etmə bacarığı İş saatları və əmək şərtləri Əmək haqqı: 13 00-1500 AZN. İş qrafiki: 5 günlük iş qrafiki. Ünvan : H. Əliyev pr.152, Çinar Plaza. Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.