Hüquqşünas - NBCO KredAqro

Location: Bakı şəhəri

“KredAqro” BOKT MMC  Hüquqşünas vakansiyasına işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Qanunvericilikdəki dəyişikliklərin (vergi, əmək, kreditləşmə sahələri) izlənilməsi və daxili sənədlərin – siyasət, metodika və təlimatların – yenilənməsi. Nəzarət və qeydiyyat orqanları ilə iş: bildirişlərin hazırlanması, sorğulara cavab verilməsi, planlı və qeyri-planlı yoxlamalarda iştirak. Biznes proseslərinin və sənədlərin daxili auditi, tənzimləyicinin tələblərinə uyğunluq üçün bölmələrə tövsiyələrin hazırlanması. Təchizatçılar, podratçılar və müştərilərlə müqavilələrin hazırlanması və ekspertizası; hüquqi risklərin qiymətləndirilməsi, kontragentlərin yoxlanılması. Korporativ sənədlərin şablonlarının hazırlanması və aktuallaşdırılması. Korporativ prosedurlarda iştirak: materialların hazırlanması, qərarların rəsmiləşdirilməsi, sənəd reyestrinin aparılması. Pretensiya işinin təşkili, məhkəmə proseslərində iştirak və mübahisələrin həlli. Tələblər: Hüquqi sahədə kreditləşmə və lizinq prosesləri barədə anlayış. BOKT, bank və digər maliyyə təşkilatlarında iş təcrübəsi üstünlükdür. Kreditləşmə, borcun geri qaytarılması və müraciətlərlə iş üzrə qanunvericiliyi bilmə. Səlis və düzgün rus dili, hüquqi fikri dəqiq ifadə etmə bacarığı. Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə)  Müraciət et  düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.   Müraciət maili  recruitment@kredaqro.az