Yüklənir...
Location: Bakı
Hazırda şirkətimizə Dülgər vakansiyası üzrə namizəd axtarılır. İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1 Tələblər: Orta təhsil; Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi; Müştəriyönümlülük; Ünsiyyət bacarığı; MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır. Vəzifə və Öhdəliklər: Paletlərin qəbulu zamanı keyfiyyətinin yoxlanması; Paletlərin təmiri; Paletlərin seçilməsi; Paletlərin düzgün yığılması; Təkrar istifadə olunacaq paletlərin seçilməsi və yoxlanılması; Təmir olunan paletlərin qeydiyyatının aparılması; Palet anbarına nəzarət, paletlərin paletləmə bölümünə daşınması və nizamlı yığılması; Palet və digər materialların avadanlıqlara nizamlı yerləşdirilməsi; Dülgərlik üzrə avadanlıqlardan istifadə; Paletlemə və ətrafın ümumi təmizliyini təmin edilməsi; Yükləmə və boşaltma işini paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi; Paketləmə Bölümü ilə əlaqədar digər işlərin yerinə yetirilməsi; Ehtiyac olduqda zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi; Yükləmə zamanı meydana gələbiləcək yırtılmış paketlərin ayrılması; Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. e-mail: hr@norm.az