Location: Bakı
Hazırda şirkətimizə Kapital Xərclərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis tələb olunur. Vəzifənin əsas məqsədi: CAPEX layihələrinin texniki cəhətdən əsaslandırılmış, kommersiya baxımından səmərəli, təhlükəsiz şəkildə icra olunan, düzgün idarə edilən və təsdiq edilmiş büdcə və qrafik çərçivəsində tamamlanmasını təmin etməkdir. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər: İnşaat, Mexanika, Elektrik, Sənaye mühəndisliyi, Tikintinin idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür; Kapital xərclərin idarə edilməsi, mühəndislik, tikinti və ya sənaye layihələrinin icrası üzrə minimum 5 il, o cümlədən layihə nəzarəti və ya portfel koordinasiyası üzrə ən azı 3 il müstəqil iş təcrübəsi; Sement, mədənçıxarma, energetika, neft-qaz, istehsalat və ya digər ağır sənaye sahələrində təcrübə üstünlükdür; PMP, PRINCE2 və ya ekvivalent layihə idarəetməsi üzrə təlimdə iştirak və ya sertifikatın olması üstünlükdür; Büdcə hazırlanması prosesi, xərclərin hesablanması, proqnozlaşdırma, tenderlərin qiymətləndirilməsi, müqavilə və dəyişikliklərin idarə edilməsi üzrə biliklər; Excel və PowerPoint üzrə yüksək, MS Project və/və ya Primavera P6 üzrə yaxşı biliklər; ERP, Power BI, AutoCAD/CAD və sənəd idarəetmə sistemləri üzrə təcrübə üstünlükdür; Yüksək səviyyədə ingilis dili biliyi; türk və/və ya rus dillərində ünsiyyət bacarığının olması üstünlükdür; Layihə və istehsalat həyata keçirilən sahələrdə, həmçinin planlı təmir dayanmaları fəaliyyətlərində iştirak etməyə və ezamiyyətlərə hazır olmaq. Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: CAPEX layihələrinin illik və uzunmüddətli planlaşdırılması, qiymətləndirilməsi, prioritetləşdirilməsi və portfel üzrə koordinasiyasını həyata keçirmək; Layihələrin texniki və iqtisadi əsaslandırılmasını, investisiya təkliflərinin, büdcə və icra planlarının hazırlanmasını koordinasiya etmək; Layihələrin büdcə, xərc, pul axını, qrafik və icra göstəricilərinə nəzarət etmək, kənarlaşmaları vaxtında müəyyənləşdirmək; CAPEX layihələrinin şirkətin təsdiq edilmiş prosedurları, daxili nəzarət və layihə idarəetmə tələblərinə uyğunluğunu təmin etmək; Tenderlərin hazırlanması və qiymətləndirilməsi, podratçı seçimi, müqavilə və kommersiya proseslərində iştirak etmək; Layihələrin icrasını, podratçı fəaliyyətini, riskləri, dəyişiklikləri, texniki məsələləri, SƏTƏM və keyfiyyət tələblərini idarə etmək; Layihə sponsorları, Maliyyə, Satınalma, SƏTƏM, texniki şöbələr və podratçılar arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək; Layihələrin istismara verilməsi, təhvil-təslimi və texniki-kommersiya baxımından bağlanmasını koordinasiya etmək; CAPEX portfeli üzrə rəhbərliyə büdcə, proqnoz, icra vəziyyəti, risklər və əsas qərarlar barədə dövri hesabatlar təqdim etmək; CAPEX proseslərinin, hesabatlılığın və layihə idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək. Biz nə təklif edirik: Könüllü tibbi sığorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.