Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Layihəyə uyğun olaraq dəmir-beton işlərinin planlaşdırılması və icrasına nəzarət etmək Betonlama, armatur və qəlib işlərinin texniki tələblərə uyğun aparılmasını təmin etmək Texniki çertyoj və layihə sənədlərini analiz etmək və tətbiq etmək Tikinti sahəsində işçi heyətinin və podratçıların fəaliyyətini koordinasiya etmək Tikinti materiallarının düzgün istifadəsinə və keyfiyyətinə nəzarət etmək İşlərin vaxtında və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək İş həcmlərinin hesablanması və gündəlik hesabatların hazırlanmasını təmin etmək Tikinti norma və qaydalarına uyğun olaraq beton tökmə prosesinə nəzarət etmək Sahədə təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək Podratçılar və digər sahə mühəndisləri ilə koordinasiyalı işləmək Problemlərin operativ həllini təmin etmək və rəhbərliyə məlumat vermək Texniki sənədləşmə və icra aktlarının hazırlanmasında iştirak etmək Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək Tələblər: Müvafiq sahə üzrə ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli sahə) Tikinti sahəsində minimum 5 il iş təcrübəsi Dəmir-beton işlərinin icra texnologiyalarını və mərhələlərini bilmək Armatur, qəlib və beton işləri üzrə texniki biliklərə sahib olmaq Beton keyfiyyətinə nəzarət və texniki standartları bilmək AutoCAD və MS Office proqramlarında işləmə bacarığı Tikinti norma və qaydalarını (SNiP, ASTM və digər tətbiq olunan standartlar) bilmək Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarını bilmək Müraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Dəmir-Beton İşləri üzrə Sahə Mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.