Yüklənir...
Location: Bakı şəhəri, Müşfiqabad qəs.
Əsas vəzifə öhdəlikləri: Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasının nəzarəti; Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması; İstehsal prosesində istifadə olunan materialların və avadanlıqların hesablanması və optimallaşdırılması; İstehsal sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi; Keyfiyyətə nəzarət şöbəsi ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması; İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; Texniki problemlərin analizi və həlli, təkmilləşdirmə təkliflərinin hazırlanması. Tələb olunan bilik və bacarıqlar: Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər; İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı; AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək; MS Office proqramları ilə hesabatların hazırlanması bacarığı; Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı; Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin etmə bacarığı. Təhsil və təcrübə: Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və s.); Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi; İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər. İş yeri: Bakı şəhəri, Müşfiqabad qəs. Bu vəzifəyə müraciət etmək üçün CV-nizi cv@nwconstruction.com və ya hr@nwconstructin.com göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İstehsalat üzrə hesabat mütəxəssisi” mövzu bölməsində göstərin. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müraciət maili cv@nwconstruction.com