Location: Bakı
İşin təsviri: Test nümunələrinin müvafiq standart və təlimatlara uyğun şəkildə saxlanılmasını təmin etmək. Qeydlərin aparılması zamanı yalnız Keyfiyyət İdarəetmə Sistemi (KİS) tərəfindən təsdiq edilmiş formalar və sənədlərdən istifadə etmək. Təzə beton qarışığı və qruntun laboratoriya və sahə şəraitində sınaqlarını həyata keçirmək (beton konusunun çökməsi, temperaturun ölçülməsi, hava miqdarının təyini və s.). Beton nümunələrinin götürülməsi, saxlanılması və möhkəmlik həddinin müəyyən edilməsini təmin etmək. Aparılan bütün sınaqları və onların nəticələrini düzgün şəkildə qeydiyyata almaq və sistemə işləmək. Analizlərin bütün mərhələlərini müvafiq təlimat və standartlara uyğun olaraq dəqiq və etibarlı şəkildə icra etmək, nəticələrə nəzarət etmək. Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, təlimatlara uyğun olaraq hazırlamaq və sınaqları vaxtında yerinə yetirmək. Beton laboratoriyasına aid cihaz və avadanlıqların təlimatlara uyğun şəkildə yoxlanılmasını, kalibrlənməsini və doğrulanmasını təmin etmək. Texniki Dəstək Proseduruna əsasən analizlər üçün tələb olunan bütün məhlulların düzgün hazırlanmasını təmin etmək. Nümunələrin götürülməsi və ya sınaq prosesində aşkarlanan hər hansı uyğunsuzluq və ya nöqsanlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək. Namizədə tələblər: Orta texniki və ya ali texniki təhsil (mühəndislik, inşaat materialları, kimya texnologiyası və s.). Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi Laboratoriya cihazları ilə işləmə bacarığı Beton və xammal sınaqlarının standart metodlarını bilmək Beton qarışıqlarının nisbətlərini və texniki parametrlərini anlamaq. Bu vəzifəyə müraciət etmək üçün CV-nizi cv@nwconstruction.com mailinə göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “ Laboratoriya texniki (Qarabağ) ” mövzu bölməsində göstərin.