Torpaq işləri üzrə sahə mühəndisi (Ağdərə) - North West

Location: Bakı

Vəzifə öhdəlikləri: Layihəyə uyğun olaraq torpaq işlərinin planlaşdırılması və icrasına nəzarət etmək Qazıntı, dolğu, sıxlaşdırma və sahənin hamarlanması işlərini koordinasiya etmək Texniki çertyoj və layihə sənədlərini analiz etmək və tətbiq etmək Sahədə geodeziya ölçülərinin və səviyyələrin düzgün icrasına nəzarət etmək Tikinti texnikalarının və işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək İşlərin vaxtında və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək Material, texnika və işçi resurslarının səmərəli istifadəsinə nəzarət etmək İş həcmlərinin hesablanması və gündəlik hesabatların hazırlanmasını təmin etmək Sahədə təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək Podratçılar və digər sahə mühəndisləri ilə koordinasiyalı işləmək Problemlərin operativ həllini təmin etmək və rəhbərliyə məlumat vermək Texniki sənədləşmə və icra aktlarının hazırlanmasında iştirak etmək Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək Tələblər: Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)  Tikinti sahəsində minimum 5 il iş təcrübəsi  Torpaq işlərinin icra texnologiyalarını və mərhələlərini bilmək Qazıntı, dolğu, sıxlaşdırma və planlama işlərinin aparılması qaydalarını bilmək Torpaq növlərini və onların texniki xüsusiyyətlərini bilmək AutoCAD və MS Office proqramlarında işləmə bacarığı Tikinti texnikalarının (ekskavator, buldozer, qreyder, katok və s.) iş prinsiplərini bilmək Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarını bilmək Tikinti norma və qaydalarını (SNiP, ASTM və digər tətbiq olunan standartlar) Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına  “Torpaq İşləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.