Yanacaq avadanlıqlar üzrə çilingər (regionlar) - North West

Location: Bakı şəhəri,

Vəzifə öhdəlikləri: Yanacaq Avadanlıqlarının Texniki Xidməti və Təmiri Yanacaq doldurma məntəqələrində və anbarlarda mexaniki avadanlıqların təmirini və baxışını həyata keçirmək Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və filtrasiya sistemlərinin işləkliyini təmin etmək Nasaz və köhnəlmiş hissələri dəyişdirmək, qaynaq və montaj işləri aparmaq Yeni yanacaq çənlərinin, nasos stansiyalarının və dispenserlərin quraşdırılmasında iştirak etmək Boru xətlərinin düzgün qoşulmasını və hermetikliyini yoxlamaq Klapanlar, muftalar, flanslar və digər mexaniki hissələrin sazlanmasını aparmaq Boru xətlərinin təzyiq testlərini aparmaq və sızmaların qarşısını almaq Yanacaq ötürmə sistemlərində yaranan nasazlıqları aşkar edib, operativ şəkildə aradan qaldırmaq Yanacaq nasoslarının və filtr sistemlərinin təmizlənməsi və texniki xidməti Mexaniki işlər zamanı təhlükəsizlik qaydalarına əməl etmək Yanacaq avadanlıqları ilə işləyərkən işçi təhlükəsizliyini təmin etmək və avadanlıqların düzgün istifadə olunmasına nəzarət etmək Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək Gündəlik və aylıq texniki işlərin hesabatlarını hazırlamaq Ehtiyat hissələri və avadanlıq tələbləri ilə bağlı sifarişlərin hazırlanması Quraşdırılmış və ya təmir olunmuş avadanlıqların qeydiyyatının aparılması Tələblər: Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili Çilingər vəzifəsində ən azı 2-3 il iş təcrübəsi Yanacaq sektoru, neft-qaz və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək Hidravlik və pnevmatik sistemlər üzrə anlayışın olması Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək CV-nizi məktubun mövzu hissəsində “YDM üzrə çilingər” qeyd edərək  cv@nwconstruction.com  və ya  hr@nwconstruction.com  elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.  Müraciət maili   cv@nwconstruction.com