Location: Bakı
“Nur Collection ” MMC “İşə qəbul üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir. Əmək haqqı : Razılaşma yolu ilə İş şəraiti 5 günlük iş həftəsi Nahar şirkət tərəfindən təmin olunur Nahar fasiləsi: 13:00 - 14:00 Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi) Əsas Vəzifələr: Şirkətin mağazaları üzrə işçi tələbatını müəyyən etmək və işə qəbul planını icra etmək; Mağaza rəhbərləri ilə mütəmadi əlaqə saxlamaq, aktiv və planlaşdırılan vakansiyaları müəyyən etmək, işçi ehtiyaclarını operativ şəkildə qarşılamaq; Vakansiya elanlarını hazırlamaq, uyğun platformalarda paylaşmaq və mütəmadi yeniləmək; CV-lərin təhlilini aparmaq, namizədlərin ilkin seçim və müsahibə mərhələlərini təşkil etmək; Müsahibələri planlaşdırmaq, namizədləri qiymətləndirmək və nəticələr üzrə hesabatlar hazırlamaq; İş təklifi prosesini koordinasiya etmək və namizədlərlə davamlı kommunikasiya aparmaq; Uğursuz namizədlərə seçim prosesinin nəticələri ilə bağlı vaxtında və peşəkar şəkildə geridönüş vermək; Açıq Qapı Günləri və kütləvi işə qəbul tədbirlərini təşkil etmək və koordinasiya etmək; Şirkəti karyera sərgilərində, universitet tədbirlərində və digər işə qəbul platformalarında təmsil etmək; İşdən ayrılan əməkdaşlarla çıxış (Exit) müsahibələri keçirmək, əldə olunan məlumatları analiz etmək və rəhbərliyə təkmilləşdirmə təklifləri təqdim etmək; Əmək bazarını və fashion retail sektorundakı işə qəbul trendlərini izləmək, yeni namizəd cəlbetmə kanallarını araşdırmaq; HR sənədləşməsini və işə qəbul prosesinin şirkətin daxili prosedurlarına uyğun icrasını təmin etmək; Employer Branding fəaliyyətlərinin həyata keçirilməsində və şirkətin işəgötürən brendinin gücləndirilməsində aktiv iştirak etmək. Namizədə tələblər: İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; İşə qəbul sahəsində minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübə üstünlükdür); Müsahibələrin keçirilməsi, namizəd qiymətləndirilməsi və kompetensiya əsaslı müsahibə metodları üzrə biliklər; İşə qəbul platformaları, sosial media və alternativ namizəd cəlbetmə kanalları ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı; Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür; Güclü kommunikasiya, təqdimat, təşkilatçılıq və analitik düşünmə bacarıqları; Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və komanda ilə effektiv işləmək bacarığı. Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.