Location: Bakı
“Nur Collection ” MMC “Sürücü” vəzifəsinə vakansiya elan edir. Əmək haqqı : Razılaşma yolu ilə İş şəraiti 6 günlük iş həftəsi Nahar şirkət tərəfindən təmin olunur Nahar fasiləsi: 13:00 - 14:00 Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi) Əsas Vəzifələr: Yükləri qaimə və digər müşayiətedici sənədlər əsasında qəbul etmək; Yüklərin filiallar üzrə marşruta uyğun, vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək; Təhvil-təslim prosesini düzgün icra etmək, zəruri hallarda aidiyyəti sənədləri imzalatmaq və təhvil vermək; Daşınan yüklərin salamatlığını qorumaq, onların düzgün yüklənməsi, yerləşdirilməsi və boşaldılmasına nəzarət etmək; Günlük marşrut planına uyğun hərəkət etmək və tapşırıqları vaxtında yerinə yetirmək; İdarə etdiyi nəqliyyat vasitəsini texniki cəhətdən saz, təmiz və istismara yararlı vəziyyətdə saxlamaq, yaranan nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq; Yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etmək; Rəhbərlik tərəfindən verilən işlə bağlı digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə tələblər: BC kateqoriyalı sürücülük vəsiqəsinin olması; Sprinter avtomobilini idarə etmə təcrübəsi; Yol hərəkəti qaydalarını yaxşı bilməsi; Məsuliyyətli, intizamlı və diqqətli olması. Diqqətlilik və məsuliyyət Komanda ilə işləmə bacarığı İş təcrübəsi arzuolunandır Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Sürücü” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.