Yüklənir...
Location: Bakı
Təsvir Şirkətin layihələrinin, yeni mağaza açılışlarının və digər əməliyyat fəaliyyətlərinin planlaşdırılması və icra qrafiklərinin hazırlanmasını təmin etmək; Layihələrin icra mərhələləri üzrə ətraflı iş planları (timeline), resurs planları və fəaliyyət cədvəllərini hazırlamaq və yeniləmək; Layihələrin icra vəziyyətini mütəmadi izləmək, plan və fakt göstəricilərini müqayisə etmək və kənarlaşmaları analiz etmək; Gecikmə, resurs çatışmazlığı və digər layihə risklərini əvvəlcədən müəyyənləşdirmək, preventiv tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək; Təchizat, tikinti, əməliyyat, logistika, satınalma və digər aidiyyəti struktur bölmələr arasında effektiv koordinasiyanı təmin etmək Resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;; Layihələrin icrası ilə bağlı analitik hesabatlar, dashboardlar, təqdimatlar və idarəetmə qərarlarının qəbulunu dəstəkləyən məlumatlar hazırlamaq; Müxtəlif layihələrin prioritetləşdirilməsində iştirak etmək və resurs bölgüsünün optimallaşdırılmasını təmin etmək; Layihə sənədlərinin hazırlanmasını, yenilənməsini və arxivləşdirilməsini təmin etmək; Planlaşdırma proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək və proseslərin optimallaşdırılmasında iştirak etmək; Tələblər Ali təhsil (Layihələrin idarə olunması, Sənaye mühəndisliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya digər uyğun ixtisaslar üzrə); Planlama, layihələrin idarə olunması, əməliyyatların koordinasiyası sahəsində minimum 1 il iş təcrübəsi; Excel proqramını yüksək səviyyədə bilmək Microsoft PowerPoint proqramında peşəkar təqdimatlar hazırlamaq bacarığı; Məlumatların təhlili, KPI-lərin hazırlanması və hesabatların təqdim edilməsi sahəsində təcrübə; Vaxtın idarə olunması, prioritetlərin düzgün müəyyənləşdirilməsi və çoxsaylı layihələrin paralel idarə olunması bacarığı; Güclü ünsiyyət, koordinasiya və təqdimat bacarıqları; Azərbaycan dilini sərbəst, ingilis dilini isə orta və ya yaxşı səviyyədə bilmək üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Servis ximdəti Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.