Mingəçevir Logistika Departament Müdiri - OBA marketlər şəbəkəsi

Location: Bakı

Təsvir Məhsulların anbar standartına uyğun olaraq depolanması və çatdırılmasına nəzarət etmək İş axışlarının müəyyən edilməsi və qurulmasını təmin etmək  Məhsulları müştərilərə korlanmadan və ən sağlıqlı şəkildə çatdıra bilmək üçün planlama etmək və strategiya hazırlamaq   Prosesləri mükəmməl nəticələrə gətirmək üçün araşdırma etmək və təkmilləşdirmək Logistika idarəetmə və anbar sahəsinin yaxşılaşdırılması üçün layihələr hazırlamaq, bizneslərlə görüşərək ehtiyyacları müəyyənləşdirmək  Müəyyən edilmiş ehtiyyaclara uyğun olaraq Anbar və nəqliyyat(avtomobil) planlanması etmək Nəqliyyat və anbarlar üçün bizneslərə uyğun qiymət modelləri hazırlamaq Ölkə ərazisi üçün dağıtım planlaması hazırlamaq  Gələcəyə yönəlik şirkətin böyümə hədəflərinə yönəlik planlama etmək Anbarlarda və nəqliyyatda yarana biləcək zədələnmiş məhsullarını miqdarını (riskini) minimuma endirmək Anbarlarda mövcud olan malların FİFO, FEFO, LOT izləməsi edərək məhsulların son istifadə tarixinin keçməməsini təmin edəcək sistemlər qurmaq Departamentə bağlı KPİ yaratmaq və nəzarət etmək Departamentə aid illik büdcə yaratmaq və büdcəyə idarə etmək Anbar və nəqliyyat üçün istifadə ediləcək təchizat və işçi heyəti ehtiyyaclarını müəyyən edib təmin etmək  Tabeliyində olan komandatya tapşırıqlar vermək, idarə etmək və istiqamətləndirmək  İdarə heyətinin sədrinə fəaliyyəti ilə bağlı hesabat vermək İş Qrafiki:  Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Ünvan: Mingəçevir Şəhəri Tələblər Logistika, Təchizat Zəncirinin İdarə Edilməsi, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür). Logistika, anbar idarəçiliyi və təchizat zəncirinin idarə olunması sahəsində minimum  7–10 il ,  4–5 il rəhbər vəzifədə iş təcrübəsi. Böyük həcmli anbarların, distribusiya mərkəzlərinin və nəqliyyat əməliyyatlarının idarə olunması üzrə uğurlu praktiki təcrübə. Soyuq zəncir (Cold Chain), FIFO, FEFO, LOT izləmə sistemləri və qida təhlükəsizliyi standartları üzrə bilik və təcrübə. WMS (Warehouse Management System), TMS (Transportation Management System), ERP (SAP, Microsoft Dynamics, Oracle, Logo və ya analoji sistemlər) ilə işləmə təcrübəsi. MS Excel proqramını yüksək səviyyədə (Pivot, Power Query, Power Pivot və hesabatların hazırlanması) bilmək Logistika şəbəkəsinin layihələndirilməsi, marşrut optimallaşdırılması və xərclərin azaldılması üzrə layihələr həyata keçirmiş olmaq. İllik büdcənin hazırlanması, maliyyə planlaması, investisiya layihələrinin qiymətləndirilməsi və xərc analizləri üzrə təcrübə. Lean Management, Lean Logistics, Six Sigma və ya Continuous Improvement metodologiyaları üzrə bilik (sertifikat üstünlükdür). Güclü analitik düşüncə, strateji planlaşdırma və biznes qərarlarının qəbul edilməsi bacarığı. Komandanın qurulması, inkişaf etdirilməsi və dəyişikliklərin idarə olunması sahəsində sübut olunmuş liderlik təcrübəsi. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Avtomobil ilə təmin edilmə Tibbi sığorta və əlavə imtiyazlar Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.