Baş Data Analitik - PASHA Bank

Location: Bakı

İşiniz nədən ibarətdir? Yazılı texniki və funksional sənədləri hazırlamaq; Toplanmış məlumatları təhlil edərək mövcud proseslərdə və ya sistemlərdə boşluqları, imkanları və çətinlikləri müəyyənləşdirmək; Biznes tələblərini, proses mərhələlərini, ideyaları və istifadəçi hekayələrini aydın və təşkil olunmuş şəkildə sənədləşdirmək üçün istinad və kommunikasiya; Biznes tələblərini funksional spesifikasiyalara çevirmək və texniki qruplarla sıx əməkdaşlıq edərək uyğun həllər dizayn etmək; Biznes məqsədlərinə uyğun gələn praktik məlumatlar və nəticələr təmin etmək; Biznes tələblərinə əsasən mürəkkəb və böyük məlumatların aqreqasiyasını effektiv şəkildə kommunikasiyasını təmin edən interaktiv/irəliləmiş dasibordlar və statistik və analitik hesabatlar yaratmaq; Üst rəhbərlik qərar verməsi və ideya formalaşdırması məqsədilə hesabatlar yaratmaq; Korrelyasiya təhlili və xüsusiyyət mühəndisliyi kimi məlumat araşdırma texnikalarına daha dərindən məlumatlı olmaq; Məlumatın keyfiyyəti və strukturunu tam qiymətləndirmək üçün məlumat profil texnikalarından istifadə edərək, nümunələri, uyğunsuzluqları və potensial problemləri müəyyənləşdirmək; İntelektual məlumat analizi layihələrini əvvəldən sonra qədər idarə etmək; Təşkilatın uzunmüddətli məqsədlərinə uyğun intelektual məlumat analiz strategiyaları formalaşdırmaq; Modelin performansını daha dəqiq qiymətləndirmək üçün kros yoxlamalar tətbiq etmək; Böyük məlumat sistemlərində istifadə edərək məlumatların hazırlanması ilə məşğul olmaq; Minio və ya Spark kimi paylanmış hesablama texnologiya istifadə edərək böyük məlumatları tələblər əsasında hazırlamaq; Mürəkkəb problemləri daha kiçik idarə edilə bilən tapşırıqlara bölmək və proqramlaşdırma istifadə edərək effektiv həllər inkişaf etdirmək; Məlumat təhlili bütün mərhələləri idarə etmək; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s. Sizdən nə tələb olunur? İş təcrübəsi (il və/və ya sahə olaraq): 5 il; Məhsul üzrə biliklər: Oracle BI Publisher/ Oracle BI və ya Tableau və ya Power BI, Oracle FlexCube (əlavə), Oracle Administration Tool (əlavə), PL/SQL; Yumşaq səriştələr: Yüksək komunikasiya bacarığı; Lisenziya/Sertifikat: Oracle PL/SQL programs units, Oracle Sql Expert; Dil bilikləri: İngilis (Əla), Rus (yaxşı); Kompüter bilikləri: R və ya Python, Oracle PL/SQL, MS Office Excel. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.