Yüklənir...
Location: Bakı
Təsvir Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi; Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq; Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi; Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi; Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi; Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi; Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s. Tələblər Təhsil: Texnologiya, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi); Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 1 il; Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı arzuolunandır; Xarici dillər: İngilis (səlis), Rus; Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira); Məhsul üzrə biliklər: biznes texnologiyalarında təcrübə və maraq; Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru; Başqa tələblər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət bacarığı (yazılı və şifahi). Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.