Maliyyə nəzarəti üzrə mütəxəssis - PASHA Bank

Location: Bakı

Təsvir Gündəlik/həftəlik/aylıq/rüblük əsasda balans/balansdan kənar, mənfəət/zərər, digər aktiv/passiv hesabları üzrə nəzarət tədbirlərini icra etmək; Əməliyyat sistemində icra olunan qeyri-standart və əks müxabirləşmələrin monitorinqini aparmaq və şəffaflığına nəzarət etmək; Kredit, depozit, maliyyə institutları, qiymətli kağızlar və digər portfellər üzrə hesab qalıqlarının uyğunluğunu yoxlamaq; Əməliyyat sistemlərində icra olunan müxabirləşmələrin uçot tələblərinə uyğunluğunu yoxlamaq; Ay və il sonlarının bağlanması ilə bağlı nəzarət tədbirlərini icra etmək; Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək; Aşkar edilmiş uyğunsuzluqlar üzrə məlumatları toplamaq, qeydiyyat etmək və izləmək; Düzəliş tədbirlərinin icrasından sonra nəticələri təkrar yoxlamaq; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s. Tələblər Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil Tələb olunan iş təcrübəsi: 2-3 il  Lisenziya / Sertifikatlar: ACCA/CIA və ya digər peşəkar sertifikatların olması üstünlükdür Xarici dillər: İngilis, Rus Kompüter bilikləri: Microsoft Office, SQL sorğularının hazırlanması və məlumatların təhlili üzrə biliklər Məhsul üzrə biliklər: Bank məhsulları üzrə biliklər Bazar üzrə biliklər: Bank sektorunun əsas prinsipləri və maliyyə bazarları üzrə ümumi biliklər Başqa tələblər: Analitik düşüncə, detallara diqqət, komandada işləmək bacarığı, məsuliyyətlilik və etik davranış Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.