Yüklənir...
Location: Bakı
Əməkhaqqı və İnsan Resursları əməliyyatları üzrə aparıcı / baş mütəxəssisi Vakansiya haqqında məlumat: PAŞA Sığorta ASC namizədləri İnsan Resursları və Daxili Kommunikasiyalar Departamentinin Əməkhaqqı və İnsan Resursları əməliyyatları üzrə aparıcı / baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin kompensasiya və mükafatlandırma sistemlərinin, xüsusilə də əməkhaqqı, bonuslar və digər ödəniş əməliyyatlarının effektiv idarə olunmasına cavabdehdir. Əməkhaqqı və İnsan Resursları əməliyyatları üzrə aparıcı / baş mütəxəssis satış bonus modellərinin hazırlanması, tətbiqi və avtomatlaşdırılması, performans göstəricilərinin təhlili və bonus kalibrləmə prosesinin idarə edilməsi vasitəsilə ədalətli və vaxtında ödənişlərin həyata keçirilməsini təmin edir, eyni zamanda işə qəbul proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsində iştirak edir. Əsas Öhdəliklər Əməkhaqqı, bonus və digər ödənişlərin düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək; Son haqq-hesab, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər və digər payroll proseslərini qanunvericiliyə uyğun icra etmək; Satış bonus modellərinin hazırlanması, hesablanması və kalibrləmə prosesində iştirak etmək; İşə qəbul, işdən çıxma, icbari sığorta ( isb.az ) və e-gov əməliyyatlarını həyata keçirmək; Əməkhaqqı, bonus və işçi xərcləri üzrə aylıq hesabatlar və təhlillər hazırlamaq; İnsan Resursları büdcəsinin hazırlanması, izlənməsi və illik büdcələmə prosesində iştirak etmək; Tibbi sığorta, idman və digər əməkdaş imtiyazlarının idarə edilməsini təmin etmək; Outstaffing xidmətləri və əlaqəli müqavilələrin idarə edilməsini həyata keçirmək; HR əməliyyatları üzrə prosedurların hazırlanması, yenilənməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək; Əmək qanunvericiliyinə uyğunluğu təmin etmək və rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Bilik və Bacarıqlar Biznes, İqtisadiyyat, İnsan Resursları və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə bilik; Şirkətdaxili ERP sistemləri, MS Excel, Outlook və MS Visio ilə işləmə bacarığı; Elektron hökumət platformaları (e-gov, isb.az ) ilə işləmək bacarığı; Məlumatların vizuallaşdırılması (məsələn, Power BI) və yüksək səviyyədə təqdimat bacarıqları; Analitik düşüncə, detallara diqqət, məxfilik prinsiplərinə riayət və yüksək məsuliyyətlilik; Azərbaycan və ingilis dillərini sərbəst bilmək. Bizim Təklifimiz Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dəstəkləyici və əməkdaşlığa əsaslanan iş mühiti; Şirkətin uğuruna birbaşa təsir etmək şansı; Açıq və şəffaf korporativ mədəniyyət; “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. PAŞA Insurance OJSC invites qualified candidates to join its professional team by applying for the position of Leading / Senior Specialist of Payroll and HR Operations of the Human Resources and Internal Communications Department and become a member of our professional team. This position is responsible for the effective management of the company's compensation and reward systems, particularly salary, bonuses, and other payment operations. The leading / senior specialist ensures fair and timely payments by developing, implementing, and automating sales bonus models, analyzing performance indicators, and managing the bonus calibration process, while also participating in the formalization of hiring processes in compliance with legislation. Key Responsibilities Ensure the accurate and timely processing of payroll, bonuses, and other employee-related payments. Administer final settlements, annual leave payments, temporary disability benefits, and other payroll processes in compliance with applicable labor and tax legislation. Participate in the design, calculation, and calibration of sales incentive and bonus schemes. Manage HR administration processes, including onboarding, offboarding, mandatory insurance registrations ( isb.az ), and e-government (e-gov) transactions. Prepare monthly payroll, bonus, and employee cost reports, providing analysis and actionable insights. Contribute to the preparation, monitoring, and annual planning of the HR budget. Administer employee benefits, including medical insurance, sports memberships, and other employee welfare programs. Manage outstaffing services and related contractual arrangements. Develop, review, and update HR operations policies and procedures, while identifying and implementing process improvement initiatives. Ensure compliance with labor legislation and perform additional duties as assigned by management. Qualifications & Requirements Bachelor's degree in Business Administration, Economics, Human Resources, or a related field. Minimum of 3 years of professional experience in relevant field Strong knowledge of the Labor Code and tax legislation of the Republic of Azerbaijan. Proficiency in internal ERP systems, MS Excel, Outlook, and MS Visio; Hands-on experience with e-government platforms, including e-gov and isb.az . Data visualization skills (e.g., Power BI) and strong presentation abilities; Strong analytical and problem-solving skills, exceptional attention to detail, commitment to confidentiality, and a high level of accountability. Fluency in Azerbaijani and English. What we offer Opportunities for professional development and career growth; A supportive and collaborative work environment; The chance to directly impact the company's success; An open and transparent corporate culture; Opportunity to work in a “Great Place To Work” certified company. Only candidates who meet the initial selection criteria will be contacted. Interested candidates can apply by clicking the link provided in the "Apply" button.