Yüklənir...
Location: Bakı
Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent Vakansiya haqqında məlumat: PAŞA Sığorta ASC namizədləri Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə Təkrarsığorta və Anderraytinq Departamentinə hərtərəfli dəstəyin göstərilməsini nəzərdə tutur. Əsas fəaliyyət daxil olan sorğu və təkliflərin ilkin təhlili, rəhbərlik altında müvafiq risklərin təkrarsığortası prosesində iştirak, debitor və kreditorların idarə olunmasına yardım etməkdən ibarətdir. Təkrarsığorta üzrə kiçik mütəxəssis/assistent, həmçinin şirkətin öz riskləri üzrə əlverişli təkrarsığorta şərtlərinin əldə edilməsi üçün aparılan danışıqlara cəlb olunur, tərəfdaşlarla yazışmalara dəstək göstərir və maraqlı tərəflər üçün təqdimatların hazırlanmasında iştirak edərək departamentin gündəlik operativ fəaliyyətinin səmərəliliyinə töhfə verir. Öhdəliklər Daxil olan sorğu və təklifləri ilkin təhlil etmək və müvafiq risklərin təkrarsığortası prosesində iştirak etmək; Debitor və kreditorların araşdırılması və ödənilməsi ilə bağlı işlərin icrasında yardım göstərmək; Şirkətin öz riskləri üzrə əlverişli təkrarsığorta şərtlərinin əldə edilməsi prosesinə dəstək vermək; Təkrarsığorta həcminin genişləndirilməsi və sliplərin yenilənməsi məqsədilə təkrarsığorta şirkətləri ilə yazışmalar aparmaq; Şirkətin risk iştahını aşan risklər üzrə analitik məlumatların və hesabatların hazırlanmasında iştirak etmək; Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün təqdimatların hazırlanmasında köməklik göstərmək; Şöbənin gündəlik və operativ məsələlərinin icrasında iştirak etmək. Bilik və Bacarıqlar Yüksək riyazi-analitik düşüncə tərzi; Diqqətcil və detallara qarşı həssaslıq; Güclü ünsiyyət qurma bacarığı; Yüksək məsuliyyət hissi; Komandada işləmə bacarığı; Stresə davamlılıq; Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil (İqtisadiyyat, Hüquq, Riyaziyyat, Maliyyə və ya əlaqəli sahələr üzrə); Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur. Bizim Təklifimiz Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Rəqəmsal və çevik iş mühitində təcrübə; Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti; “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. PASHA Insurance OJSC invites candidates to apply for the position of Junior Reinsurance Specialist/Assistant and become a member of our professional team. This position involves providing comprehensive support to the Reinsurance and Underwriting Department. The core activity consists of conducting initial analysis of incoming inquiries and proposals, participating in the reinsurance process for relevant risks under supervision, and assisting with the management of debtors and creditors. Junior Reinsurance Specialist/assistant is also involved in negotiations to secure favorable reinsurance terms for the company's own risks, supports correspondence with partners, and contributes to the department's daily operational efficiency by participating in the preparation of presentations for stakeholders. Responsibilities Conduct initial analysis of incoming inquiries and proposals and participate in the reinsurance process for relevant risks; Assist in the investigation and settlement of debtors and creditors; Support the process of obtaining favorable reinsurance terms for the company's own risks; Correspond with reinsurance companies to expand reinsurance volume and update slips; Participate in preparing analytical data and reports on risks exceeding the company's risk appetite; Assist in preparing presentations for insurance companies, brokers, and reinsurance companies; Participate in the daily and operational tasks of the department. Knowledge and Skills Strong mathematical and analytical thinking skills; Attentiveness and high sensitivity to details; Strong communication skills; High sense of responsibility; Ability to work in a team; Stress resistance; Language skills: Azerbaijani, English, Russian Education and Experience Higher education (in Economics, Law, Mathematics, Finance, or a related field); No prior work experience in the relevant field is required. What we offer Opportunities for professional development and career growth; Experience in a digital and agile work environment; A supportive and collaborative team atmosphere; Opportunity to work in a “Great Place To Work” certified company. Only candidates who meet the initial selection criteria will be contacted. Interested candidates can apply by clicking the link provided in the "Apply" button.