Yüklənir...
Location: Bakı
Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi Vəzifə Öhdəlikləri: Cəmiyyət üzrə maliyyə və sığorta risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunmasının təşkili; Risklərin idarəedilməsi üzrə tənzimləyici və daxili nəzarət çərçivəsinin tətbiqi və təkmilləşdirilməsinə rəhbərlik; Risklərin ölçülməsi üçün model və alətlərin qurulması, inkişaf etdirilməsi və tətbiqinə nəzarət; Risklərin idarəedilməsi siyasətləri, prosedurları və limitlərə əməl olunmasına nəzarət; Risk İştahası Bəyannaməsinin hazırlanması, yenilənməsi və risk metriklərinin inkişaf etdirilməsi üzrə təkliflərin verilməsi; Risk limitlərinin monitorinqi, pozuntuların təhlili və yumşaldıcı tədbirlərin həyata keçirilməsinə nəzarət; Stress test və ssenari analizlərinin təşkili, nəticələrinin təhlili və qərarverməyə inteqrasiyası; Solvency modeli çərçivəsində risklər üzrə kapital tələblərinin hesablanması və kapitalın effektiv bölüşdürülməsi üzrə təkliflərin verilməsi; Maliyyə və sığorta riskləri üzrə hesabatlılığın, risk göstəricilərinin və monitorinq sistemlərinin təmin edilməsi; Şöbənin fəaliyyətinin idarə olunması, əməkdaşların işinin koordinasiyası və təşkilat üzrə risk mədəniyyətinin inkişaf etdirilməsi. Namizədə olan tələblər: İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarə edilməsi sahəsi üzrə 5 il və daha çox iş təcrübəsi tələb olunur. Təhsili: Risklərin idarə edilməsi, Maliyyə, İqtisadiyyat, Aktuar və ya sahə üzrə əlaqəli bakalavr dərəcəsi tələb olunur. Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla Üstünlüklər: CFA, FRM sertifikatlarına sahib olmaq üstünlükdür. Kompüter bilikləri: MS Office:əla Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma. Biz nə təklif edirik: Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri; Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü; Fərdi inkişaf planı çərçivəsində təlim imkanları; Ödənişsiz dayanacaq imkanının təmin olunması; “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.