Location: Bakı
Payonix komandamızı gücləndirmək üçün Data Analitik vəzifəsinə peşəkar namizəd axtarırıq. Vəzifə təlimatları: Kredit portfelinin davamlı monitorinqi və performans analizinin aparılması Gecikmələr, defolt səviyyələri (PAR, NPL) və digər risk göstəricilərinin gündəlik/aylıq izlənməsi və təhlili Kredit risklərinin erkən müəyyən edilməsi üçün analitik modellərin və xəbərdarlıq mexanizmlərinin hazırlanmasında iştirak Müştəri ödəmə davranışlarının təhlili və risk segmentasiyasının aparılması Mərkəzi Bank və digər tənzimləyici qurumlar üçün tələb olunan hesabatların hazırlanmasına dəstək Kredit verilmə prosesində istifadə olunan qayda və limitlərin effektivliyinin data əsaslı qiymətləndirilməsi Collection (borc yığım) proseslərinin effektivliyinin analiz edilməsi və optimallaşdırma təkliflərinin hazırlanması Müxtəlif məlumat bazalarından (SQL və s.) məlumatların çıxarılması, təmizlənməsi və strukturlaşdırılması Dashboard və avtomatlaşdırılmış hesabat sistemlərinin qurulması (Power BI, Tableau və s.) Fırıldaqçılıq (fraud) risklərinin aşkar olunması üçün analitik yanaşmaların tətbiqi Daxili audit və risk komandaları ilə sıx əməkdaşlıq Data keyfiyyətinin təmin edilməsi və məlumat idarəetmə standartlarına riayət olunması Tələblər: Data analitik sahəsində minimum 2-3 il iş təcrübəsi SQL, Excel və ən azı bir proqramlaşdırma dili (Python və ya R) biliyi Data vizuallaşdırma alətləri ilə iş təcrübəsi Analitik düşüncə və problem həll etmə bacarıqları İş şəraiti: İş qrafiki: həftənin 5 günü 09:00dan 18:00a dək Əmək haqqı – müsahibə əsnasında dəyərləndiriləcək Ünvan: Malibo Residence Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərlər. e-mail: hr@payonix.com