Yüklənir...
Location: Bakı
“Performance Center” şirkəti vakansiya elan edir “Avtomobil satışı üzrə s atıcı-məsləhətçi”! Vəzifə öhdəlikləri: Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması; Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi; Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi; Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi. Tələblər: Ali təhsil Yaş: 23-35 Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Təqdimat bacarığının olması; Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti; Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək. Əlavə məlumatlar Həftədə 5 iş günü, saat 09:00-19:00 Əmək haqqı: 600 AZN + Bonus Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satıcı-məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.