Location: Bakı
“Performance Center” şirkəti vakansiya elan edir “İkinci əl avtomobil satışı üzrə s atıcı-məsləhətçi” Vəzifə öhdəlikləri: Müştəriləri ikinci əl avtomobillər haqqında məlumatlandırmaq, onların tələblərinə uyğun avtomobil seçimini təmin etmək; Avtomobillərin texniki vəziyyəti, yürüşü, təmir tarixi və digər göstəriciləri barədə düzgün məlumat vermək; Müştəri ilə ilkin danışıqların aparılması, baxış prosesinin təşkili və satışın rəsmiləşdirilməsi; 1C proqramına satış əməliyyatlarının düzgün daxil edilməsi, avtomobilin təhvil-təslim prosesində iştirak və müvafiq sənədlərin hazırlanması; Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin yaradılması; İkinci əl avtomobil bazarındakı qiymət dəyişikliklərinin və bazar dinamikasısının izlənilməsi, mütəmadi analizlərin aparılması. Tələblər: Ali təhsil; Avtomobil satışı sahəsində minimum 3 il iş təcrübəsi (ikinci əl avtomobil satışı sahəsində təcrübə üstünlükdür); Avtomobil modelləri, markaları və texniki xüsusiyyətləri barədə bilik; Satış və danışıqlar aparmaq bacarığı; Ünsiyyətcil, inandırıcı və məsuliyyətli; Azərbaycan dili səlis, ingilis və ya rus dili arzuolunandır; Aktiv satış yönümlü düşüncə tərzi. Əlavə məlumatlar Həftədə 5 iş günü; Əmək haqqı: 700 AZN və bonus Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “İkinci əl avtomobil satışı üzrə satıcı-məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.