İnsan Resursları üzrə mütəxəssis (sənədləşmə) - Pizza Mizza

Location: Bakı

“Pizza Mizza” MMC-yə “İnsan Resursları üzrə mütəxəssis” tələb olunur. Vəzifə öhdəlikləri : Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; ƏMAS və ERP sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik); Kadrların şəxsi işlərinin formalaşdırılması və mütəmadi yenilənməsi, məlumat uçotunun aparılması və bu məlumatlara uyğun qanunvericiliyin tələblərinin yerinə yetirılməsi; Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi; Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması; Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması; Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, Şöbələrlə sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək; Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi; Tələblər: Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi; Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər; Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı; 1 C,Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı; Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı; Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır. İş şəraiti: İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək; İş yeri: Babək plaza İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Əməkhaqqı: 800 azn Maraqlananlar CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.