Yüklənir...
Location: Bakı
Şirkətimizin marketinq fəaliyyətlərinin həyata keçirilməsində iştirak edəcək, kampaniyaların icrasını və rəqəmsal platformalardakı prosesləri koordinasiya edəcək, tərəfdaşlarla əməkdaşlıq və marketinq sənədləşməsini sistemli şəkildə idarə edəcək Marketinq üzrə mütəxəssis axtarırıq. Əsas vəzifələr Marketinq kampaniyalarının hazırlanması, icrası və nəticələrinin izlənilməsində iştirak etmək; Kampaniyalar üzrə tapşırıq sənədlərini, qısa texniki tapşırıqları və məlumatlandırıcı materialları hazırlamaq; Rəqəmsal platformalarda menyuların, məhsulların, qiymətlərin və kampaniyaların düzgün və vaxtında yerləşdirilməsinə nəzarət etmək; Platformalarda edilən dəyişiklikləri, yenilikləri və yaranmış problemləri aidiyyəti tərəflərlə koordinasiya etmək; iiko sistemi üzərindən kampaniyaların yaradılmasını, yoxlanılmasını və düzgün işləməsini təmin etmək; Loyalty Plant platforması üzrə tərəfdaşlar və texniki komanda ilə kommunikasiya və koordinasiya aparmaq; Tərəfdaşlarla birgə həyata keçirilən marketinq fəaliyyətlərini koordinasiya etmək; Kampaniya və digər marketinq məzmunlarının tərəfdaşların sosial media kanallarında paylaşılması üçün zəruri materialları vaxtında təqdim etmək; Sosial media və digər marketinq kanalları üçün mətn, vizual və video kontentin hazırlanmasında iştirak etmək; Marketinq trendlərini, istehlakçı davranışlarını və bazardakı yenilikləri izləmək; Rəqiblərin kampaniyaları, qiymətləri, məhsulları və kommunikasiya fəaliyyətləri üzrə aylıq monitorinq aparmaq və hesabat hazırlamaq; Menyu, flayer, çap məhsulları və digər reklam materialları üzrə təchizatçılardan kommersiya təklifləri almaq, sifarişləri vermək və icra prosesini izləmək; Reklam və çap materiallarının vaxtında hazırlanmasını və aidiyyəti ünvanlara çatdırılmasını koordinasiya etmək; Restoranlarda marketinq materiallarının düzgün, aktual və brend standartlarına uyğun yerləşdirilməsinə nəzarət etmək; Marketinq materiallarının mövcudluğunu izləmək və ehtiyac yarandıqda yenilənməsini təşkil etmək; Yeni restoranların açılışı zamanı marketinq fəaliyyətlərinin hazırlanmasına və həyata keçirilməsinə dəstək göstərmək; Korporativ müştərilər və marketinq tərəfdaşları ilə müqavilə, əlavə razılaşma, təhvil-təslim aktı və digər sənədlərin hazırlanması və razılaşdırılmasında iştirak etmək; Marketinq sənədlərini tərəfdaşlardan toplamaq, təsdiq, imza və möhürlənmə proseslərini izləmək; Sənədlərin aidiyyəti şöbələrə və tərəfdaşlara vaxtında təqdim edilməsini təmin etmək; Marketinq sənədlərinin rəqəmsal və çap arxivini sistemli və aktual şəkildə saxlamaq; Marketinq fəaliyyəti üzrə həftəlik, aylıq və layihə əsaslı hesabatlar hazırlamaq; Hesabatlarda məlumatların düzgünlüyünü və vaxtında təqdim edilməsini təmin etmək; Tərcümə, mətnlərin hazırlanması, redaktəsi və korrektəsi ilə bağlı tapşırıqları yerinə yetirmək; Marketinq komandasına gündəlik inzibati, kommunikasiya və təşkilati dəstək göstərmək; Həftəlik, aylıq və layihə üzrə keçirilən görüşlərdə fəal iştirak etmək; Tapşırıqların icra vəziyyəti, gecikmələr və yaranan problemlər barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq; Şirkətin məhsullarını, xidmətlərini, brendlərini və marketinq standartlarını öyrənmək və iş prosesində düzgün tətbiq etmək; Marketinq meneceri tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Marketinq, biznesin idarə edilməsi, kommunikasiya, iqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil; Marketinq, rəqəmsal marketinq, reklam, xidmət, restoran və ya pərakəndə satış sahəsində iş təcrübəsi; Marketinq kampaniyalarının hazırlanması və icra prosesləri haqqında anlayış; Eyni vaxtda bir neçə layihə və tapşırığı idarə etmək bacarığı; Tapşırıqları prioritetləşdirmək və müəyyən edilmiş son tarixlərə uyğun icra etmək bacarığı; Güclü təşkilatçılıq, koordinasiya və nəzarət bacarığı; Analitik düşünmə, məlumatları müqayisə etmək və hesabat hazırlamaq bacarığı; Yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması; Azərbaycan dilində səlis, qrammatik və orfoqrafik cəhətdən düzgün yazı bacarığı; Rus dili biliyi arzuolunandır; İngilis dili üzrə ən azı orta səviyyədə bilik; Microsoft Office və Google Workspace proqramlarında sərbəst işləmək bacarığı; Sosial media platformaları və rəqəmsal marketinq alətləri haqqında anlayış; Müqavilə, hesab-faktura, təhvil-təslim aktı və digər iş sənədləri ilə işləmək bacarığı arzuolunandır; Wolt, İİKO, Loyalty Plant, loyallıq sistemləri və ya restoran idarəetmə platformaları ilə iş təcrübəsi üstünlükdür; Təchizatçılar, tərəfdaşlar və korporativ müştərilərlə iş təcrübəsi üstünlükdür; Diqqətlilik, məsuliyyətlilik və sənədlərlə dəqiq işləmək bacarığı; Komandada və müxtəlif tərəflərlə əməkdaşlıq şəraitində işləmək bacarığı; Nəticəyönümlü, təşəbbüskar və həll yönümlü yanaşma. Şəxsi keyfiyyətlər Məsuliyyətli və intizamlı; Detallara diqqətli və dəqiq; Operativ və çevik; Ünsiyyətcil və nəzakətli; Təşəbbüskar və nəticəyönümlü; Problemləri vaxtında müəyyən etmək və uyğun həll yolları təklif etmək bacarığına malik; Dinamik iş mühitində prioritetləri düzgün müəyyən edə bilən; Dəyişən iş şəraitinə tez uyğunlaşan; Məxfi və kommersiya xarakterli məlumatlarla işləyərkən etibarlı; Komanda əməkdaşlığına açıq və peşəkar davranış qaydalarına əməl edən. İş şəraiti 5 günlük iş həftəsi; 10:00 – 19:00 Rəsmi əmək müqaviləsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Dinamik,peşəkar və beynəlxalq brend mühitində iş imkanı; Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Marketinq üzrə mütəxəssis” mövzusu altında Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.