İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə) - Premium Bank

Location: Bakı

“Premium Bank” ASC İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasını elan edir (Bakı şəhərində yerləşən filial üzrə). İşin təsviri: Kredit əldə etmək üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək; Yeni müştərilərin cəlb olunmasını həyata keçirmək; Kredit müraciətləri ilə bağlı təhlilin aparılması; Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək; Kredit portfelinin artırmaq və idarə etmək;  Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək; Qarantiya müraciətlərinin qəbul etmək və sənədləşmə işlərini aparmaq; Əmanətçi müştərilər ilə əməliyyatları aparmaq. Namizədə dair tələblər: Ali (iqtisadi) təhsil; Sahə üzrə ən azı 1 illik iş təcrübəsi; Yüksək ünsiyyətqurma qabiliyyəti; Bank qanunvericiliyi barədə bilikli olmaq; Azərbaycan dili səlis olmalı, Rus dili arzuolunandır; MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İstehlak kreditləri və qarantiyalar üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.