Location: Bakı
İşin təsviri: Əsas vəsaitlərin, mal-material ehtiyatlarının alınması; Təh-təl hesab şəxslərlə hesablaşmalar; Azqiymətli və tezköhnələn əşyaların balansdankənar hesablarda uçotu; Bankın inzibati xərclərinin uçotu; Bankın maddi və qeyri-maddi aktivlərinin inventarizasiyanın aparılması; Bank əməkdaşlarına ezamiyyə haqqlarının ödənilməsi; Əsas vəsaitlərin alınması və satılması, qeyri- maddi aktivlərin uçotu; Bank tərəfindən icarəyə götürülmüş əmlaklar üzrə icarə haqlarının ödənilməsi; Debitor və kreditorlarla hesablaşma; Təchizatçılarla bağlanmış müqavilələrə uyğun hesablaşma; Əsas vəsaitlər üzrə amortizasiya uçotunun aparılması; Vergi orqanlarından onlayn kargüzarlıq sistemi vasitəsilə daxil olan məktub və sorğuların icrası. Namizədə dair tələblər: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi; Bank mühasibatlıq və ya maliyyə sahəsi üzrə minimum 3 il iş təcrübəsi; Bank mühasibatlığı, mühasibat uçotu standartları, Vergi Məcəlləsi və Mərkəzi Bankın normativ tələbləri üzrə praktiki biliklər; Rus və ingilis dilləri arzuolunandır; Microsoft Office proqramları (xüsusilə Excel – yüksək səviyyədə); Analitik düşünmə, hesabat hazırlama və məlumatların təhlili bacarığı; Təşəbbüskarlıq, dəqiqlik, operativlik, yüksək məsuliyyətlilik və komandada işləmək qabiliyyəti. Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühasibat uçotu Aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Müraciət maili cv@premiumbank.az