Məlumatların təhlili üzrə mütəxəssis (Data scientist) - Prime Cotton

Location: Bakı

Təsvir Böyük həcmli məlumatları toplamaq, təhlil etmək və interpretasiya etmək; Statistik modellər və maşın öyrənməsi alqoritmləri inkişaf etdirmək və tətbiq etmək; Məlumatların təmizlənməsi, öncədən emal və vizuallaşdırma üçün alətlər və metodlar tətbiq etmək; Biznes tələblərini anlayaraq, məlumat əsaslı qərarlar qəbul etmək üçün modellər yaratmaq; Biznes tələblərini anlamaq, onları analitik tələblərə çevirmək və tədbir görülə biləcək nəticələr təqdim etmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək; Optimizasiya üçün imkanları müəyyənləşdirmək məqsədilə məlumat analizləri aparmaq; Məlumat əsaslı proqnozlar və təkliflər vermək üçün analitik hesabatlar hazırlamaq; Məlumat üzərində təhlillər aparmaq və nəticələri müvafiq tərəflərə təqdim etmək; Müxtəlif komandalara data-dan effektiv istifadə və data-əsaslı qərarlar qəbul etməkdə kömək etmək; Şirkətin məlumat infrastrukturunu optimallaşdırmaq üçün müvafiq komandalarda iş birliyi aparmaq; Tapıntıları və tövsiyələri texniki olmayan maraqlı tərəflərə aydın və qısa təqdimatlar və hesabatlar vasitəsilə çatdırmaq; Məlumat toplama üsullarını yaratmaq və təkmilləşdirmək; Yeni məlumat mənbələri və texnologiyaları araşdırmaq və tətbiq etmək. Əlavə məlumat: Əmək haqqı razılaşma əsasında;  Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur; İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30); İş yeri: Bakı şəhəri, Qafqaz Business Center. Tələblər Data Science, Statistika, Riyaziyyat, Kompüter Elmləri və ya oxşar sahədə ali təhsil; Maşın öyrənməsi, statistik modelləşdirmə və məlumat təhlili üzrə dərin bilik; Python, R və ya başqa proqramlaşdırma dillərində təcrübə; Datanın əldə edilməsi və manipulyasiyası üçün güclü SQL bacarığı; Data vizuallaşdırma alətləri və kitabxanaları ilə təcrübə (məsələn, Power BI, seaborn və.s); İngilis, Azərbaycan (Rus dili – Arzuolunandır); Sahəyə uyğun sertifikat üstünlük sayılır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.