Yüklənir...
Location: Bakı
Namizədə olan tələblər: Ali təhsil; MS Office proqramlarında (xüsusən Exceldə) işləmək bacarığı; Bank sektorunda kreditləşmə, risklərin idarə edilməsi, maliyyə təhlili və ya əlaqəli sahədə minimum 1 illik təcrübəsi olmalı; Analitik düşünmə və problem həll etmə bacarığı olmalı; ACCA F3 sertifikatının olması üstünlükdür. Vəzifə öhdəlikləri: Lizinq müraciətlərinin təhlili üçün (əsasən aqrar sektor üzrə) borcalandan tələb olunan məlumatların toplanması, yoxlanılması və doğrulanması, zərurət olduqda borcalanla əlavə dəqiqləşdirmələrin aparılması və çarpaz sualların tətbiqi; Daxil olmuş lizinq ərizələri üzrə müştərinin biznes modelinin və maliyyə göstəricilərinin analizi; Kredit risklərinin qiymətləndirilməsi (anderraytinq) və risklərin azaldılması məqsədilə müvafiq şərt və təkliflərin hazırlanması; Müştərinin maliyyə dayanıqlığının və lizinq öhdəliklərini gələcəkdə icra etmək qabiliyyətinin qiymətləndirilməsi, kredit reytinqinin müəyyən edilməsi və qərarın formalaşdırılması; Xidmət Səviyyəsi Müqavilələrinə (SLA) uyğun olaraq hər müraciət üzrə anderraytinqin operativ aparılması və vaxtında tamamlanmasının təmin edilməsi. İş şərtlərimiz: Əmək haqqı: 1100-1200 AZN; İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Bakı, Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Risk (kredit) təhlili üzrə mütəxəssis ” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2315&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.